Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi yaxınlığında qanunsuz qazıntı və tikinti işlərinə başlanılıb.

Sakinlərin bununla bağlı şikayətləri ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan verilən məlumata görə, artıq həmin işlərin qarşısı alınıb. Qeyd edilib ki, həmin ərazidə ayrı-ayrı şəxslər tərəfindən aparılan qanunsuz və özbaşına tikinti və qazıntı işləri ilə bağlı məsələyə Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Polis Şöbəsi və rayonun digər aidiyyəti qurumları tərəfindən reaksiya verilib.

Qanunsuz tikinti işlərinin qarşısı alınıb, ərazidə aparılan qazıntı işləri dayandırılıb və ərazi öz əvvəlki vəziyyətinə gətirilib: “”Spartak Peşəkar Futbol Klubu” MMC tərəfindən hazırda Quba şəhərində “Soyqırımı memorial kompleksi” nin yaxınlığındakı ərazi 1988-ci ildə icarəyə götürülüb, sonradan isə istifadə olunmayan həmin ərazi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunub, burada qanunsuz tikinti və qazıntı işlərinə başlanılıb”.

Həmçinin vurğulanıb ki, məsələ ilə əlaqədar müvafiq sənədlər toplanaraq Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilib. 



İstinadlar Qafqazinfo