Daxili İşlər Nazirliyi “Tovuzda şəhid anasının 30 000 pulunu alıb, meyvələrini satdılar” başlığı ilə sosial şəbəkələrdə yayımlanan videoya münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, 11 fevral 2021-ci il tarixində Quba rayon sakini Nəsimi Fərzəliyev Tovuz rayon Polis Şöbəsinə müraciət edib:

“O qeyd edib ki, həmyerlisi, fiziki şəxs olaraq fəaliyyət göstərən Rəxşəndə Ağasıyeva üçün müxtəlif rayonlardan meyvələr alıb Rusiya Federasiyasına göndərir. 

2020-ci il dekabr ayının sonlarında xurma meyvəsi almaq məqsədilə Tovuz rayonu Əyyublu kəndinə gələrək burda “Saşa” ləqəbli kənd sakini ilə tanış olub, daha sonra sonucuya məxsus xurma meyvəsinə baxmaq üçün kənddə yerləşən Asif adlı şəxsə məxsus kənd təsərrüfatı malları üçün nəzərdə tutulmuş soyuducu anbara gedib. N. Fərzəliyev orada satıcı ilə sövdələşərək pulun bir qismini yəni 30.000 manatını verib. Lakin sonradan ticarətləri baş tutmadığından pulun geri qaytarılması üçün RPŞ-nə müraciət edib.

RPŞ-də vətəndaşın müraciəti əsasında araşdırmalar aparılıb, iddiaçı və qarşı tərəflərin izahatı alınıb. Daha sonra N. Fərzəliyev və R. Ağasıyevə RPŞ rəhbərliyi tərəfindən qəbul edilərək, onlara hüquqi izahatlar verilərək, müraciətlərinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri bildirilib”.

İstinadlar Qafqazinfo