Bu ilin son gününü unudulmaz etməyə nə deyirsiniz?

Yeni il axşamı “Quba Palace Hotel”də “İsti buz” şousu keçiriləcək! Odur ki, uşaqlar qədər böyüklərin də səbirsizliklə gözlədiyi, sehrli nağıllar aləmi qədər əsrarəngiz bayram gecəsini yaddaqalan etmək üçün əsl fürsətdir. “Quba Palace Hotel” qonaqlara şəhərin səs-küyündən uzaq, insanın ruhunu dincəldən əsl bayram təklif edir.

“İsti buz” şousunda tanınmış estrada ulduzlarının ifaları, bir-birindən maraqlı əyləncələr, Yeni il sürprizləri sizi gözləyir.

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayev öz hit mahnılarını “Quba Palace Hotel”in qonaqları üçün ifa edəcək.

Estradamıza yeni nəfəs gətirən gənc, istedadlı müğənni Ellada Eyvazovanın çıxışı da qonaqların əhvalını bayram notlarına kökləyəcək. Gecədə eksklüziv hava-fişəng şousu ilə Yeni il gerisayım mərasimi, səhərə qədər non-stop DJ performansı və bir çox digər sürprizlərin olacağı gözlənilir.

Yalnız bir bayram gecəsi ilə kifayətlənməyən “Quba Palace Hotel” 2023-cü ilin ilk günlərində də möhtəşəm konsert proqramını davam etdirəcək. Belə ki, Yeni ilin ilk günü Azərbaycanın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, müğənni Məryəm Şabanovanın ifaları “Quba Palace Hotel”in səhnəsini əsl rəqs meydançasına çevirəcək. Yanvarın 2-də isə Azərbaycanın əməkdar artisti Nurlan Növrəsli ən sevilən mahnıları ilə çıxış edəcək. Böyüklər də “CosPlayClub”ın təqdim etdiyi şoulara tamaşa edərkən uşaqların bayram sevincinə şərik ola bilərlər. Bayram boyu Santa Klauslar qonaqları bir dəqiqə belə darıxmağa qoymayacaqlar. Bir sözlə, “Quba Palace Hotel”də qarşılayacağınız bu ilki “İsti buz” Yeni il şousu heç bir bayram proqramına bənzəməyəcək!

Bura buz qədər soyuq, alov qədər isti olacaq!

Quba Palace Hotel-də keçiriləcək Yeni il tədbirləri barədə sizi maraqlandıran bütün suallarla bağlı (+99412) 404 34 34, (+994 99) 255 00 55 nömrələrinə zəng etməklə və ya sosial şəbəkələr vasitəsilə məlumat ala bilərsiniz.

Quba Palace Hotel sosial şəbəkələrdə:

https://www.instagram.com/qubapalacehotel/

https://www.facebook.com/qubapalacehotel/

Otelin rəsmi saytı https://www.qubapalace.com/




İstinadlar Qafqazinfo