Novruz bayramı ərəfəsində “Quba Palace” hoteldə “Günəş uşaqlar” adlı konsert keçirilib. 

Tədbir “Birlik” və “Qayğı-Sağlam Nəsil Naminə” ictimai birliklərinin və “Quba Palace” hotelin dəstəyi ilə martın 15-də baş tutub. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar bir gün ərzində hoteldə dincəlib, səhnə performansı göstəriblər.

Uşaqlar üçün master-klaslar keçirilib, onlar qolf oynayıb, rəqs edib, əyləniblər. Həmçinin hotel ərazisində göldə uşaqlar üçün katamaran gəzintisi təşkil olunub. 








İstinadlar Qafqazinfo