Venesuela müxalifətinin lideri, Milli Assambleyanın başçısı Xuan Quaido hökumət qüvvələrinin onun aparat rəhbəri Roberto Marreronu saxladığını açıqlayıb.

O, bu barədə “Twitter”də yazıb.

“Aparat rəhbərim Roberto Marrero qaçırılıb… O, dərhal azad edilməlidir,” – Quaido bildirib.

Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun Marreronun həbsini qınadığını söyləyib və onu azad etməyə çağırıb.

İstinadlar Report