
Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq etməlidir ki, öz nüvə proqramının sülh xarakterli olduğunu sübut etsin.
Bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdən sonra bildirib.
“Agentliklə əməkdaşlıq zəruridir ki, İranın nüvə proqramının sülh xarakterli olduğunu göstərən inandırıcı sübutlar təqdim edilsin, xüsusilə də diplomatiyaya ehtiyac duyulduğu bir vaxtda”, – o, “X” sosial şəbəkəsində yazıb.