
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, İran öz nüvə silahını yaratmağa yaxındır.
O, bu barədə “Le Monde” qəzetinə müsahibəsində bildirib.
“İranın bir deyil, bir neçə bomba yaratmaq üçün kifayət qədər materialı olsa da, hələ nüvə silahı yoxdur. Bunun üçün hələ müəyyən vaxt lazımdır, lakin etiraf edək ki, onlar artıq buna çox yaxındır”, – R.Qrossi qeyd edib.
Baş direktor qeyd edib ki, agentliyin müşahidələrinə görə, son dörd ildə İran bu sahədə inkişaf edir.