Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb.

Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, sülh sazişi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq: “Hazırda bununla bağlı danışıqlar aparılır. Görüşün tarixi, yeri və formatı barədə dəqiq məlumat yoxdur”.

İstinadlar Report