
“Rusiya ilə Azərbaycan qonşu olmaqla yanaşı, qardaş dövlətlərdir. Biz əsrlərdir ki, bir yerdə qarşılıqlı fəaliyyət göstəririk”.
Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.