Fransanın Qrenobl şəhərindəki bar-restoranda baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.

Bu barədə “Le Monde” qəzeti yazıb.

Məlumata görə, naməlum şəxs Olimpiya kəndində yerləşən bar-restorana qumbara atıb. Partlayış nəticəsində azı 12 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

Qeyd olunub ki, şübhəli şəxs Kalaşnikov avtomatı ilə silahlansa da, atəş səsləri eşidilməyib. Hüquq-mühafizə orqanları terror versiyasını istisna edərək hadisənin “şəxsi hesablaşma” ilə bağlı olduğunu açıqlayıb.

İstinadlar Report