
Qrenlandiya hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əməkdaşlıq imkanları axtarır.
Bunu Qrenlandiyanın KNR televiziya və radio kanalı sitat gətirən adanın Nazirlər Kabinetinin sədri Myute Egede deyib.
Onun sözlərinə görə, hərbi münaqişənin olmaması vacibdir: “Mineral hasilatı üçün açıq qapılarımız var. Bu, növbəti illərdə də belə davam edəcək. ABŞ-la ticarət aparmalıyıq”.
O, həmçinin qeyd edib ki, Qrenlandiya dialoqa başlamaq istəyir və Trampla əməkdaşlıq imkanları axtarır.