
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun səfirlər səviyyəsində görüşü keçirilib.
Qapalı keçən iclasda son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar və humanitar böhran vəziyyəti müzakirə olunub.
İclasda Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov Azərbaycanın QH-dəki sədrliyi dövründə parlamentlərarası münasibətlər mövzusunda çıxış edib.