Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Slam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub.
Bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib.