Azərbaycanla Belarus məhsulların keyfiyyəti və təhlükəsizlik göstəriciləri üzərində dövlət nəzarətinin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparıblar.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşla görüşdən sonra deyib.

O qeyd edib ki, Belarusdan Azərbaycana yüksək riskli məhsulları idxal olunur:

“Bunlar ət-ət məhsulları, süd-süd məhsulları, balıqçılıq və quşçuluq sektorundan olan məhsullardır. Bununla əlaqədar biz həmkarlarımızla bundan sonra da həmin məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi barəsində ətraflı müzakirələr etdik və edəcəyik”.

Q.Təhməzli vurğulayıb ki, eyni zamanda Belarusdan olan həmkarlar Azərbaycanda laboratoriyalar və Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə yaxından tanış olublar.

Onun sözlərinə görə, hazırda qida təhlükəsizliyi institutu bu sektorda regionda ən peşəkar və təchizatlı beynəlxalq akreditasiyadan keçmiş laboratoriyalara malik institutdur.

“İnstitut həm xüsusi təhlükəli xəstəliklərin ekspertizası, həm bitki mənşəli məhsulların ekspertizası və qida məhsullarının bütün göstəricilərinə görə ekspertizasını həyata keçirə bilir”, – o deyib.

Q.Təhməzli bildirib ki, Azərbaycanla Belarus ət-ət məhsulları, süd-süd məhsulları ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Belarusun Qida Təhlükəsizliyi Sistemini ekvivalenti kimi tanınması barədə ilkin razılıq əldə olunub:

İstinadlar Report