Məlum olduğu kimi, 2014-cü ilin noyabrından etibarən “WhatsApp”da mesajların oxunub-oxunmadığını göstərən indikator (qoşa mavi xətt) istifadə edilir.

Bir çoxları bu funksiyanı bağlayaraq qarşı tərəfə bu barədə məlumat verilməsinin qarşısını almağa çalışır.

Lakin, bəzi istifadəçilər qoşa mavi xəttdə boşluğu üzə çıxarıblar.

Belə ki, bu funksiya bağlı olsa belə, göndərdiyiniz mesajın oxunub-oxunmadığını öyrənmək üçün sadəcə bir səs qeydi göndərməyiniz kifayətdir. Çünki, səs qeydi dinlənildiyi an qoşa mavi xətt görünür. Bununla da, əvvəlki mesajlarınızın oxunub-oxunmadığını dəqiqləşdirə bilərsiniz.

İstinadlar Maide, Qafqazinfo