
Yevlaxda iki minik maşını toqquşub.
“VAZ 2107” və “VAZ 2106” markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar rayona qonaq gələn Füzuli rayon sakinləri Mobil Hüseynov, Ruhi Əsədli, Elşən Əliyev, Elnur Məmmədov və Yevlax rayon sakini Rahib Əliyev olub.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Elmar Əli