Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 214 nəfərə zəruri sosial xidmətlər göstərilir.
Bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, onlardan 111-i kişi, 103-ü qadındır.
Agentlikdən, həmçinin bildirilib ki, müəssisə 2 korpusdan və 300 çarpayıdan ibarətdir.