Martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

İstinadlar Report