“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir.

Qanunun 8-ci maddəsinə təklif edilən dəyişikliyə görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verəcəklər. 

Qeyd edək ki, hazırda mövcud olan qanunda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir. Attestasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir.