
Qlobal müdafiə xərcləri 2023-cü ildə ilk dəfə olaraq 2 trilyon ABŞ dolları keçib.
Bu barədə ABŞ-nin müdafiə texnologiyaları sahəsində konsaltinq şirkəti “Forecast International”ın hesabatında deyilir.
Hesabata görə, müdafiə xərcləri 10,4 % artıb. Hərbi ehtiyaclara ayrılan xərclərin 2,12 trilyon ABŞ dollarına yüksəlməsinin səbəbləri arasında Ukrayna və Qəzza zolağındakı münaqişələr, Qırmızı dəniz regionunda vəziyyətin gərginləşməsi var.