Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Əsəbləri sakitləşdirir, stress və yorğunluğu azaldır
  • Peskov: Moskva ilə Kiyev arasında birbaşa əlaqələr həyata keçirilir
  • İsrail ordusunun hərbçisi Qəzzada həlak olub
  • Tramp: ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi
  • ABŞ məhkəməsi 350 minə yaxın venesuelalı miqrantın deportasiyasına yaşıl işıq yandırıb
  • “Adidas”ın Türkiyə hesabında müştəri məlumatları sızdırıldı – Foto
  • ABŞ-nin vitse-prezidenti: Tanqo rəqsi üçün iki nəfər lazımdır
  • Ukrayna Rusiya ilə memorandum imzalaya bilər
  • Zelenski: Rusiyanın Ukraynaya qarşı ərazi tələbləri müharibəni uzatmaq üçün bəhanədir
  • Azərbaycana ən çox bu ölkələrdən gəlirlər
  • Əsəbləri sakitləşdirir, stress və yorğunluğu azaldır
  • Tramp: ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi
  • Ukrayna Rusiya ilə memorandum imzalaya bilər
  • Zelenski: Rusiyanın Ukraynaya qarşı ərazi tələbləri müharibəni uzatmaq üçün bəhanədir
  • Azərbaycana ən çox bu ölkələrdən gəlirlər
  • “25 ildən çoxdur Azercell’in müştərisiyəm, məni məmnun edən bir xidmətini görmədim!”
  • Bakıda kişi 9 qaşığı niyə udub? – Video
  • Böyük Britaniya, Fransa və Kanada Qəzzada əməliyyatın davam edəcəyi təqdirdə İsraili tədbirlərlə hədələyib
  • Zelenski Trampla telefon danışıqlarının təfərrüatlarını açıqlayıb
  • Ukrayna və tərəfdaşları Rusiya ilə yeni danışıqların mümkünlüyünü müzakirə edir
  • Rusiya və ABŞ “doqquza doqquz” formatı ilə yeni məhbus mübadiləsi üzərində işləyir
  • Yuri Uşakov: Putin və Tramp Ukrayna üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər
  • Avropa liderləri Putinlə telefon danışığından sonra Trampa zəng ediblər
  • Tramp: Vatikan Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməkdə maraqlıdır
  • Amerika lideri: Rusiya və Ukrayna çox yaxın vaxtlarda münaqişəyə son qoyulması üzrə danışıqlara başlayacaq
  • Azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətinə dair – İfşa materiallar
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Qlobal İqlim dəyişikliyi dünyanın bir nömrəli problemidir” – Video
24/04/2024 08:56
Bakıda kişi 9 qaşığı niyə udub? – Video
20/05/2025 00:01
Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO
19/05/2025 12:56
Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video
19/05/2025 12:35
Ötən həftə 13 azyaşlı xilas edildi – Video
19/05/2025 10:02
35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video
18/05/2025 23:05
Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO
17/05/2025 11:56
“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO
16/05/2025 22:11
Prezidentin bugünkü görüşlərinin – Videoicmalı
16/05/2025 19:41
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
16/05/2025 16:11
Prezidentləri güldürən sürpriz… – Video
16/05/2025 15:10
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
16/05/2025 11:50
Paşinyan İTV-yə müsahibə verdi – Video
16/05/2025 08:02
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO
15/05/2025 21:17
Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
15/05/2025 15:50
Zelenski Ankaradadır – Video
15/05/2025 14:05
10.4 kilometr magistral su xətti çəkilir – Video
15/05/2025 12:47

Video xəbərlər

  • Bakıda kişi 9 qaşığı niyə udub? – Video
  • Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO
  • Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video
  • Ötən həftə 13 azyaşlı xilas edildi – Video
  • 35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

20/05/2025
04:17 Əsəbləri sakitləşdirir, stress və yorğunluğu azaldır
03:50 Peskov: Moskva ilə Kiyev arasında birbaşa əlaqələr həyata keçirilir
03:26 İsrail ordusunun hərbçisi Qəzzada həlak olub
02:50 Tramp: ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi
01:47 ABŞ məhkəməsi 350 minə yaxın venesuelalı miqrantın deportasiyasına yaşıl işıq yandırıb
01:38 “Adidas”ın Türkiyə hesabında müştəri məlumatları sızdırıldı – Foto
01:26 ABŞ-nin vitse-prezidenti: Tanqo rəqsi üçün iki nəfər lazımdır
00:29 Ukrayna Rusiya ilə memorandum imzalaya bilər
00:11 Zelenski: Rusiyanın Ukraynaya qarşı ərazi tələbləri müharibəni uzatmaq üçün bəhanədir
00:08 Azərbaycana ən çox bu ölkələrdən gəlirlər
00:02 “25 ildən çoxdur Azercell’in müştərisiyəm, məni məmnun edən bir xidmətini görmədim!”
00:01 Bakıda kişi 9 qaşığı niyə udub? – Video
19/05/2025
23:59 Böyük Britaniya, Fransa və Kanada Qəzzada əməliyyatın davam edəcəyi təqdirdə İsraili tədbirlərlə hədələyib
23:41 Zelenski Trampla telefon danışıqlarının təfərrüatlarını açıqlayıb
23:31 Ukrayna və tərəfdaşları Rusiya ilə yeni danışıqların mümkünlüyünü müzakirə edir
23:29 Netanyahu: İsrail əraziyə tam nəzarət müqabilində Qəzzaya yardımı bərpa edəcək
23:14 Rusiya və ABŞ “doqquza doqquz” formatı ilə yeni məhbus mübadiləsi üzərində işləyir
22:40 4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı
22:38 Yuri Uşakov: Putin və Tramp Ukrayna üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər
22:32 Avropa liderləri Putinlə telefon danışığından sonra Trampa zəng ediblər
22:29 Ukrayna münaqişəsindən sonra ABŞ Rusiya ilə ticarət edəcək
22:17 Elçin Quliyev III Çarlzla bir arada – Fotolar
22:13 Tramp: Vatikan Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməkdə maraqlıdır
22:11 Amerika lideri: Rusiya və Ukrayna çox yaxın vaxtlarda münaqişəyə son qoyulması üzrə danışıqlara başlayacaq
21:53 Rusiya Prezidenti Ukrayna ilə danışıqlar haqqında: Biz düzgün yoldayıq
21:41 Azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətinə dair – İfşa materiallar
21:38 BMT Putin-Tramp danışıqlarını faydalı adlandırıb
21:22 Putin: Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq
21:20 İmişlidə 280 abonentin qaz təminatı kəsildi
21:02 İsrail: Qəzzaya humanitar yardım daşıyan ilk beş yük maşını buraxılıb
20:50 Misir HHQ-nin təlim təyyarəsinin ekipajı qəza nəticəsində ölüb
20:32 Məhkəmədə Davit İşxanyanın Qarabağın işğalında iştirakını sübut edən kadrlar göstərildi
20:26 Ağ Ev: Tramp ikinci dərəcəli anti-Rusiya sanksiyalarını nəzərdən keçirir
20:23 Kamran Əliyev üç ölkənin nümayəndə heyəti ilə görüşüb – Fotolar
19:56 Bakının bu ərazilərində qaz olmayacaq
19:45 BAAU-nun “Anadolu-Qafqaz Vizyon Körpüsü” layihəsi çərçivəsində İzmirdə tədbir keçirildi
19:40 Sahibə Qafarova İspaniya Krallığı Senatının sədri Pedro Rollanla görüşüb
19:38 Ağ Ev: Tramp istənilən yolla Qrenlandiyanı əldə etmək niyyətindədir
19:35 Azərbaycan avtomobil idxalını 21 %-dən çox artırıb
19:32 Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi – Şok ittihamlar səsləndi
19:20 Ukrayna Rusiya ilə təmaslar üçün daimi genişləndirilmiş danışıqlar qrupu yaradacaq
19:11 Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham ediblər
19:05 Azərbaycanın xarici ticarət dövriyyəsi 24 % artıb
19:02 Vens: Moskva və Kiyevin razılığa gələ bilməyəcəyi halda ABŞ Ukrayna ilə bağlı sülh prosesindən çıxacaq
18:56 Azərbaycan Dağıstanla ticarət və investisiya əməkdaşlığını möhkəmləndirilməsini müzakirə edib
18:26 Tramp Zelenski ilə telefon danışığı aparıb
18:17 Azərbaycan-İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir
18:14 Bakının mərkəzində söküntü başlayır – Sakinlərə bu qədər kompensasiya ödənəcək
18:08 TAP AG 2025-ci ildə hidrogen qarışığının nəqli ilə bağlı yeni sınaqların nəticələrini gözləyir
18:04 Azərbaycan və Oman XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
18:02 Azərbaycanda mebel məhsullarının təhlükəsizliyinə dair reqlament hazırlanıb
17:53 İranda İƏT-15 Dialoq Platformasının ikinci nazirlər görüşü başa çatıb
17:50 Salyanda güclü külək çoxillik ağacı avtomobilin üzərinə aşırıb
17:41 Çaldıran döyüşünün bu günümüzdən çaldıqları…
17:39 XİN-in bir bəyanatı Azərbaycana 500 milyona başa gələ bilər
17:38 Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək
17:32 “Gənc İstedadlar Proqram”ında fərdi mövzuların təqdimatı keçirildi
17:23 “Prior Leasing” 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini uğurla başa vurdu – Fotolar
17:20 TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
17:17 Qərblə Rusiya arasında qalan Ermənistan – Köçəryanın revanşist həmlələri – ŞƏRH

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Qlobal İqlim dəyişikliyi dünyanın bir nömrəli problemidir” – Video

Multimedia 24/04/2024 08:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Qlobal İqlim dəyişikliyi dünyanın bir nömrəli problemidir. COP29-un da Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyəti var”.

Bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, Azərbaycan Qlobal iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atır.

“Azərbaycan bir neçə ildir ki, əslində Qlobal İqlim dəyişikliyi ilə bağlı lahiyələr həyata keçirir. Məhz bu layihələrin nəticəsində Azərbaycanda hər il böyük meşə əraziləri salınır.”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Multimedia 20/05/2025 00:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

9 ədəd qaşıq udan Bakı sakini Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış.

Kişi elə qaşıqları da orada olarkən udub.

“Özünün və psixiatriya xəstəxanasının personalının dediyinə görə, hadisə axşam yeməyi əsnasında baş verib. Mətbəxdə qaşıqların yerində olmadığını görən personal şübhələnib. Şübhə yaranmasına səbəb isə xəstənin əvvəllər də bu kimi hərəkətlər etməsi olub” , – Mətləb Bədəlovu əməliyyat edən həkim bildirib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Multimedia 19/05/2025 12:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir.  

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilmişdir. 

Oxumağa dəyər:   Moped qəzasında həlak olan gənc tələbə imiş

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunmuşdur. 

Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.  

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video

Multimedia 19/05/2025 12:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Serialları tənqid etməsi ilə məşhur olan türkiyəli yutuber Murat Soner Azərbaycana gəlib.

O, Bakı səfərindən maraqlı vloq paylaşıb. Sözügedən video yutub platformasında trendə düşüb, hazırda 12-ci yerdə qərarlaşıb. Bir gecəyə həmin video yarım milyon baxış yığıb. 

M. Soner paytaxtımızı bir qədər gəzdikdən sonra “Mall”da kinoteatra gedib. O, film afişalarının yetərli olduğunu, lakin izləyici sayının Türkiyədəki kimi azlıq təşkil etdiyini bildirərək təəssüflənib.

Bloqer, həmçinin Azərbaycan yeməklərinin ləzzətli olduğunu bildirib. O, şirniyyatlardan paxlava və şəkərburanın dadına baxıb.

Bundan sonra o, bir neçə serialımızı izləyib. İzləyiciləri isə Sonerə bildirib ki, Azərbaycanın ən yaxşı ekran işi “Əqrəb mövsümü”, ən pis isə “Vicdan haqqı” serialıdır.

Yutuber, eyni zamanda Bakının gözəlliyindən danışaraq binaların Avropa stilində inşa edildiyini söyləyib. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən həftə 13 azyaşlı xilas edildi – Video

Multimedia 19/05/2025 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 150 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 39 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Multimedia 18/05/2025 23:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeronda iaşə obyektində qətl hadisəsi törədilib.

Hadisə ötən gün Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşdükdən sonar baş verib.

Kafe sahibi bildirir ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.

İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Multimedia 17/05/2025 11:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.

Bununla əlaqədar İTV sujet hazırlayıb.

Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”. 

Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.

Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.

Oxumağa dəyər:   Prezident İlham Əliyevin Albaniyada "Avropa Siyasi Birliyinin" 6-cı Sammitində iştirakı barədə mətbuatın icmalı

Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.

Ətraflı İTV-nin videomaterialında:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Multimedia 16/05/2025 22:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən il dənizdə boğularaq öldüyü xəbəri yayılmış Bakı sakini Kənan Qurbanlı 9 aydan sonra sağ tapılıb.

O, “Xəzər Xəbər”ə başına gələn hadisə, indiyə kimi harada olduğu və digər məsələlər barədə açıqlama verib.

Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.

Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.

İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb. O, 9 aydır ki, gizlənməyinin səbəblərini izah edib və həmin gün əslində suda boğulduğunu, onu tanımadığı bir nəfərin xilas etdiyini iddia edir.

Kənan bildirir ki, gizlənmək üçün Sumqayıtı seçib. O, bələdiyə işçilərinin ona paltar verdiyini deyir. Bir neçə gün parkda yatdıqdan sonra əsl sənəti skripka ifa etmək olan Kənan inşaatda özünə iş də tapıb.

Oxumağa dəyər:   Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

Kənan nəhayət 9 aydan sonra evinə qayıtmağa qərar verib.

Kənan artıq hər şeyin yaxşı olduğunu, baş verənlərin geridə qaldığını bildirir.

Mövzu ilə bağlı daha ətraflı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Multimedia 16/05/2025 19:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.

“Qafqazinfo” həmin görüşlərin qısa videoicmalını təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Multimedia 16/05/2025 16:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirməsi isə suallar yaradıb.

Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır: “AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentləri güldürən sürpriz… – Video

Multimedia 16/05/2025 15:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Tədbirin bədii hissəsində maraqlı anlar yaşanıb.

Belə ki, Zirvə toplantısında iştirak edən liderlərin sünii intellektlə uşaqlıqları canlandırılıb. Onlar tədbir iştirakçılarına öz dillərində salamlarını çatdırıb. Bu isə zalda böyük maraqla qarşılanaraq dünya liderləri daxil olmaqla hər kəsin gülüşünə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Multimedia 16/05/2025 11:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.

Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyan İTV-yə müsahibə verdi – Video

Multimedia 16/05/2025 08:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:

“Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

Ətraflı süjeti təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Multimedia 15/05/2025 21:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.

Hazırda tikinti üçün sənəd işləri hazırlanır.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.

Daha ətraflı “Xəzərxəbər”in süjetində:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Multimedia 15/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib.

Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.

“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – rəsmi məlumatda qeyd edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zelenski Ankaradadır – Video

Multimedia 15/05/2025 14:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb. 

Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. 

Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

***

Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

10.4 kilometr magistral su xətti çəkilir – Video

Multimedia 15/05/2025 12:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.

Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.

Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.

Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir.  Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb. 

Oxumağa dəyər:   Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.

Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 20/05/2025 00:01

Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Read more
Multimedia 19/05/2025 12:56

Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Read more
Multimedia 19/05/2025 12:35

Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video

Read more
Multimedia 19/05/2025 10:02

Ötən həftə 13 azyaşlı xilas edildi – Video

Read more
Multimedia 18/05/2025 23:05

35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Read more
Multimedia 17/05/2025 11:56

Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Read more
Multimedia 16/05/2025 22:11

“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Read more
Multimedia 16/05/2025 19:41

Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Read more
Multimedia 16/05/2025 16:11

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Read more
Multimedia 16/05/2025 15:10

Prezidentləri güldürən sürpriz… – Video

Read more
Multimedia 16/05/2025 11:50

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Read more
Multimedia 16/05/2025 08:02

Paşinyan İTV-yə müsahibə verdi – Video

Read more
Multimedia 15/05/2025 21:17

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Read more
Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
Multimedia 14/05/2025 10:44

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Read more
Multimedia 14/05/2025 10:05

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Read more
Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla