Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Lənkəran rayonunda baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.

Sentyabrın 14-də 1956-cı il təvəllüdlü Liman şəhər sakini Eyvaz Yusubovun yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitiaşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin tamah məqsədilə Lənkəran rayonu, Liman şəhər sakinləri-1969-cu il təvəllüdlü Vidadi Hüseynovun, tanışları 1987-ci il təvəllüdlü Vüsalə Mirzəyeva və 1988-ci il Emil Quliyev ilə birlikdə qabaqcadan razılığa gəlməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub. V.Hüseynov, V.Mirzəyeva və E.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlk olaraq xərçəng xəstəsi olan E.Yusubovun intihar etdiyi zənn edilsə də, sonradan onun bacısı oğlu Vidadi Hüseynov və onun tanışları tərəfindən öldürüldüyü məlum olub.

İstinadlar Qafqazinfo