ABŞ-də qeyri-qanuni miqrantlar üçün ironik “Sevgililər Günü” açıqçası hazırlanıb.

Bu barədə Ağ Evin “X” hesabında paylaşım edilib.

“Qızılgüllər qırmızı, bənövşələr mavidir, sərhədi qeyri-qanuni keçsəniz, deportasiya ediləcəksiniz”, – sözügedən fotoda qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanla ölkədə yaşayan qeyri-qanuni miqrantların kütləvi deportasiyası həyata keçirilir.