Cəlilabad rayonunda qətl hadisəsi baş verib. 

Hadisə aprelin 14-də, axşam saat 10 radələrində rayonun Qarazəncir kəndində qeydə alınıb. 

Rayonun Günəşli kənd sakini olan 40-45 yaşlarında Raqif Ağayev Ceyhun Əliyev adlı şəxsi və onun atası Cabir Əliyevi bıçaqlayıb. Hadisə nəticəsində Cabir Əliyev vəfat edib, oğlu Ceyhun Əliyevin isə vəziyyəti ağırdır. 

İlkin məlumata görə, qətl qısqanclıq zəminində baş verib. Belə ki, R. Ağayev həyat yoldaşının Ceyhun Əliyevlə münasibətlərindən şübhələnib. Bundan sonra onun yaşadığı evə gəlib. Onu Ceyhunun atası Cabir Əliyev qarşılayıb. Raqif özü ilə gətirdiyi bıçaqla Cabir Əliyevi ürəyindən vurub, daha sonra onun oğlu Ceyhunu da sinə, qol və ayaq nahiyəsindən bıçaqlayıb. 
Faktla bağlı araşdırma aparılır. 

 

İstinadlar Qafqazinfo