Rusiyanın paytaxı Moskva şəhərinin simvollarından biri olan “Qırmızı Meydan” sakinlər və paytaxt qonaqları üçün müvəqqəti bağlanıb.

Bu barədə “Lenta-ru” məlumat yayıb.

Məlumata görə, meydanın həm “Diriliş qapısı”ndan, həm də Nikolskaya küçəsindən olan girişi bağlanıb.

Bununla bağlı polis əməkdaşları da meqafonlarla səsləniblər:

“Hörmətli vətəndaşlar, “Qırmızı Meydan” bağlıdır, hamı çıxışa getsin”.

 Ziyarətçilərə meydanın açılış vaxtı və tədbirin niyə görüldüyü barədə məlumat verilmir.

Qeyd edək ki, “Qırmızı Meydan” sonuncu dəfə martın 23-də “Crocus City Hall” konsert zalında baş verən terror aktına görə ictimaiyyət üçün bağlanmışdı.

İstinadlar Qafqazinfo