Nazirlər Kabineti “Qırmızı kitab”a daxil edilmiş balıqların ovlanmasına görə cərimə məbləğlərində dəyişiklik edib.

Sözügedən qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Balıq və digər su bioresurslarının ovlanmasına görə cərimələr aşağıdakı kimidir:

“Qırmızı kitaba” daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növləri: kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı – 275 manat

Bölgə – 247,5 manat

Nərə, uzunburun, ağ qızılbalıq – 220 manat

Xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın – 33 manat

Çəki, karp, qarabel siyənəyi – 22 manat

Naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri – 11 manat

Kilkə (1 kq) – 0,55 manat

Kürü (1 kq)

Bölgə, kələmo, nərə, uzunburun – 220 manat

Su onurğasızları

Xərçəng – 1,1 manat

Krevet – 0,55 manat

Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur.

İstinadlar Qafqazinfo