İqtisad universitetinin rektoru Ədalət Muradov tələbələrə hələ də qırmızı diplom verilməsinin əleyhinədir.

O bu barədə fikirlərini sosial şəbəkə hesabında yazıb.

Rektorun sözlərinə görə, Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara qırmızı (fərqlənmə) diplom verilirdi: “Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, qırmızı diplom digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün qırmızı diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə, qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq, hələ də qırmızı diplom verilir”.