AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Rumıniya NATO ölkələri ilə birgə təlimlərə başlayacaq
  • Bayden Makkarti ilə büdcə məsələsində razılığa gəlib
  • Rusiya Ukraynanın paytaxtına hücum edib, ölən və yaralananlar var
  • Əfqanıstan-İran sərhədində atışma olub, ölənlər var
  • BMT Baş katibi dünyanı irqçiliyə qarşı mübarizəyə səsləyib
  • Zelenski: “Təcavüz üçün çalışanların hamısı haqqında məlumat toplayırıq”
  • Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
  • TÜRKSOY Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib
  • TDT Baş katibi Azərbaycanı təbrik edib
  • Bir qrup şəxs kommersiya məqsədli malları gömrük sərhədindən ödənişsiz keçirməyə cəhd edib
  • Əfqanıstan-İran sərhədində atışma olub, ölənlər var
  • Azərbaycanda Müstəqillik Günüdür
  • Türkiyə Səfirliyi: “Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq”
  • İlham Əliyev fransalı həmkarı ilə Moldovada görüşəcək
  • Cənab Prezident, əziz İlham – Makron Əliyevə yazır
  • Makron: “Fransa və Azərbaycan iqtisadi, təhsil sahələrində möhkəm əlaqələr qurub”
  • “Laçın” şəhər yarımstansiyası işə salındı – Foto
  • Prezident İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib
  • Prezident Kəlbəcərdə hərbi hospitalın açılışında… – Foto
  • Sahil zolağı tullantılardan təmizlənib – Fotolar
  • Türkiyə Prezidenti: “Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq”
  • Kəlbəcərdə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verildi – Fotolar
  • Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib
  • “ANAMA və BMT-nin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycandakı mina problemi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb” – RƏY
  • Hulusi Akar: “Ukraynanı dəstəkləyən ölkələrin mövqelərini nəzərə almaq lazımdır”
  • Bu, zəfər filmidir? – Vaqif Mustafayevin yeni filmi nədən bəhs edir?
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Qırıcılarımız havaya qaldırıldı – Video
30/03/2023 11:41
Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub – VİDEO
27/05/2023 13:43
Bulvarda batan gənc belə xilas edildi – Video
27/05/2023 11:05
Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar – VİDEO
27/05/2023 10:26
Narkoloji Dispanserdəki videogörüntülərlə bağlı açıqlama – Video+
26/05/2023 16:55
Narkoloji Dispanserdə pulla arayış verilir? – Video
26/05/2023 14:32
Narkoloji Dispanserdə testdən keçmədən 10 manata arayış verilir – VİDEO
26/05/2023 12:43
AFAD nümayəndələrinin iştirakı ilə FHN-də təlim keçirilib – VİDEO
26/05/2023 11:12
İlqar Vəlizadə: “Ərdoğanın sayəsində Türkiyədə siyasi sabitlik təmin olunub” – VİDEO
26/05/2023 11:10
Snayperlərimizin təlimindən – Video
26/05/2023 10:28
Şəmkir və Gədəbəydə qazlaşma işləri yerində yoxlanıldı – Video
25/05/2023 20:47
Prezident Paşinyanın cavabını verdi – Video
25/05/2023 20:10
Bakı-Quba yolunda yük maşını yanıb – VİDEO
25/05/2023 17:32
Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb – VİDEO
25/05/2023 16:50
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib – VİDEO
25/05/2023 13:35
Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən 69 sürücüsü müəyyənləşib – VİDEO
25/05/2023 12:52
“Buna görə müsabiqədə Azərbaycan təmsilçilərinə səs vermirəm” – Video
24/05/2023 16:44

Video xəbərlər

  • Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video
  • Oğuza dolu düşdü – Video
  • Buzovnada dənizkənarı yenidən hasarlandı – Video
  • İshak Hersoqun qarşılanma mərasimindən – Video
  • “OBA” “LAY’S AL, HƏDİYYƏ QAZAN!” müsabiqəsinin qaliblərini təltif etdi – Video

Sorğu

Türkiyədə seçkilərdə kim qalib gələcək?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

01/06/2023
08:43 Rusiya Kiyevə 10 “İskander” raketi atıb
08:41 Balakəndə “qara bazar”da dəyəri 600 min manat olan narkotik vasitə dövriyyədən çıxarılıb
07:41 Səfir Nazim Səmədov ilə Rabatın meri arasında görüş keçirilib
07:17 ABŞ-də borc həddini artırmaq üçün qanun layihəsi qəbul edilib
07:02 Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq?
06:29 Bali müqəddəs ağaclara və dağlara dırmaşmağı qadağan edir
05:11 Kiyev atəşə tutulub, ölənlər və yaralananlar var
04:26 Ərdoğanla Meloni görüşmək istədiklərini bildiriblər
04:14 Rusiyada 5,2 bal gücündə zəlzələ oldu
03:23 Bakıda 15 yaşlı gənc oğlanı avtomobil vurub
01:56 ABŞ-nin Ukraynaya yeni yardım paketinə “Avenger” və “Patriot” üçün raketlər daxildir
01:17 Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub
01:12 Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxdı
01:02 Danilov Britaniya istehsalı olan raketlə Krım körpüsünə endiriləcək mümkün zərbəni şərh edib
00:44 Göyçayda vəziyyət necədir?
00:35 Kürdə batan yeniyetmənin meyiti tapılıb
00:23 Ərdoğan Orbanı andiçməsinə dəvət edib
00:08 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
31/05/2023
23:59 ABŞ Çini ölkələr arasında hərbi rabitə kanalı açmağa çağırıb
23:50 Qasırğa Ağdamda ciddi fəsadlar törədib
23:35 AP sədri Moskvaya dron hücumunun Ukraynaya dəstəyə təsir etməyəcəyini bildirib
23:08 Zalujnı amerikalı həmkarını ordusunun hücum planları barədə məlumatlandırıb
22:53 İsmayıllı-Lahıc yolu da bağlandı
22:44 FHN Zəyəm qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qaldığını açıqlayıb
22:32 ABŞ III dünya müharibəsindən qaçınmaq üçün Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir
22:28 Tovuzda iki qardaş bıçaqlandı
22:26 Avropa Siyasi Birliyinin sammitində təhlükəsizlik və energetika məsələləri müzakirə olunacaq
22:10 Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib
22:08 Ərdoğan serbiyalı həmkarı və Kosovanın Baş naziri ilə danışıb
22:05 İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb
21:58 Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlananlar var
21:55 Sabahdan əmlakını sığortalamayanlar cərimələnəcək?
21:53 Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçdi
21:41 İlham Əliyev Moldova Prezidenti ilə görüşdü – Fotolar
21:41 Naxçıvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
21:38 İlham Əliyev Maya Sandunu Azərbaycana dəvət edib
21:34 Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var 
21:31 Başında plastik bidonla gəzən ayı 17 gündən sonra xilas edildi
21:29 Bakıda mənzildən meyit tapıldı
20:47 YAP nümayəndə heyəti Çində təqdimat mərasimində iştirak edib
20:38 Bakı-Şamaxı-Yevlax yolu bağlandı – Fotolar
20:29 Güclü yağış və külək Ucarda bir sıra fəsadlar törədib
20:25 Göyçayda güclü külək 2 nəfərin ölümünə səbəb olub, yaralananlar var
20:23 Şərurda 31 yaşlı kişi qətlə yetirilib
20:13 Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub
20:11 Göyçayda güclü külək – Ölənlər var
20:05 Dövlətə xəyanətdə ittiham olunurdu, bəraət aldı
19:59 Mingəçevirdə orta məktəb binasında yanğın olub
19:56 Ucarda güclü külək ağacları aşırdı – Rayonda elektrik enerjisi dayandırılıb
19:47 Göyçayda qasırğa evlərin damını uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb
19:20 Qoruq və muzeylərə əcnəbilər üçün giriş qiymətləri dəyişir
18:59 Azərbaycan və Pakistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
18:56 ABŞ Ukraynaya 1,25 milyard dollar məbləğində maliyyə yardımı göstərib
18:35 Ordubad rayonunda qanunsuz balıq ovlayan şəxslər cərimələnib
18:26 Daha bir qazimiz sağalaraq Vətənə geri döndü – Foto
18:17 Prezident İlham Əliyev səfərdədir
18:08 Milli Məclisin sədri Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
18:07 Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunacaq – Foto
18:05 Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi təqaüdə göndərilib
18:04 Yuqoslaviya Tribunalının sonuncu böyük işi başa çatıb, müttəhimlərə 15 il iş kəslib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Qırıcılarımız havaya qaldırıldı – Video

Multimedia 30/03/2023 11:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.

“Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur”,- MN-in məlumatında qeyd olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub – VİDEO

Hadisə 27/05/2023 13:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış suları dolub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri də davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bulvarda batan gənc belə xilas edildi – Video

Multimedia 27/05/2023 11:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar – VİDEO

Multimedia 27/05/2023 10:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlara əvvəlcə Qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.

Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxanası, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Narkoloji Dispanserdəki videogörüntülərlə bağlı açıqlama – Video+

Multimedia 26/05/2023 16:55
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.

Iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.

Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.

Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.

Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.

***

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır. Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Oxumağa dəyər:   İlham Əliyevdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto

***

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı Narkoloji Mərkəzindən müvafiq arayışın alınması müqabilində vətəndaşın həkimə 10 manat təklif etməsi və həkimin də həmin məbləği götürməsi faktı ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və hüquqi müstəvidə araşdırma aparılır. Bununla yanaşı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq bu hadisəyə hüquqi qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaq.

Ətraflı süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Narkoloji Dispanserdə pulla arayış verilir? – Video

Multimedia 26/05/2023 14:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.

Iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.

Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.

Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.

Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Narkoloji Dispanserdə testdən keçmədən 10 manata arayış verilir – VİDEO

Hadisə 26/05/2023 12:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.

Iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.

Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.

Həmçinin Mərkəzin direktoru Qalib Məmmədov arayış almaq üçün hər hansı məbləğ alındığını təkzib edib. Arayış yazan əməkdaş otağa dəvət edilib, lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı süjeti təqdim edirik:

İstinadlar Baku tv
InstagramdaInstagramda izlə
Telegram-da izlə

AFAD nümayəndələrinin iştirakı ilə FHN-də təlim keçirilib – VİDEO

Hadisə 26/05/2023 11:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə təşkil olunan təlimdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə Nazirliyin inzibati binasında Türkiyədən olan ekspertlərlə birgə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək birgə tədbirlərlə bağlı bir sıra məsələlərə toxunulub.

Sonra Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda taktiki-xüsusi təlimə hazırlıqla bağlı tədbir keçirilib. Tədbirdə taktiki-xüsusi təlimin məqsəd və vəzifələri müzakirə olunub. Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlim zamanı görülməsi vacib olan məsələlərdən danışıb, ekspertlərin bu təlimdə iştirakının əhəmiyyətini vurğulayıb. Türkiyəli mütəxəssislər – AFAD-in Axtarış və Xilasetmə idarəsinin rəisi Recep Şalçı, INSARAG qrup başqanı Tahsin Berkant Ataay, mentor Haluk Önay Erten, və logistika üzrə cavabdeh Süleyman Yıldız təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsi üçün müvafiq tövsiyyələrini veriblər. Türkiyəli mütəxəssislər bu ilin fevralında qardaş ölkədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardım məqsədilə Azərbaycandan gəlmiş qüvvələrin arasında FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin olmasını xüsusilə vurğulayaraq, göstərilən dəstəyə və köməyə görə təşəkkürlərini bildiriblər.

Oxumağa dəyər:   İlham Əliyevdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto

Sonra toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlimə start verilib. Müxtəlif təbii şəraitdə reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi məqsədilə hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Türkiyədən olan ekspertlər tərəfindən yaxından izlənilib.

Təlim çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri AFAD nümayəndələrinin təşkil etdiyi “INSARAG Məlumatlandırılması Kursu”nda da iştirak ediblər.

Sonda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunan taktiki-xüsusi təlim geniş müzakirə olunub. İştirakçılara müvafiq sertifiklatlar təqdim olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlqar Vəlizadə: “Ərdoğanın sayəsində Türkiyədə siyasi sabitlik təmin olunub” – VİDEO

Multimedia 26/05/2023 11:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində ölkədə siyasi sistemin sabitliyi təmin olunub”.

Bunu Həmid Həmidovun “Danışaq?” podkastının budəfəki qonağı olan politoloq İlqar Vəlizadə deyib.

“Ərdoğanın nailiyyətlərini iki istiqamət üzrə qiymətləndirmək olar: daxili siyasətdə sabitlik, xarici siyasətdə qətiyyət. Sabitlik siyasi sistemin bütün aktorlarının ümumi qaydalara riayət etməsi deməkdir”, – o bildirib.

Politoloqun fikrincə, Türkiyədə mümkün hakimiyyət dəyişikliyi Azərbaycanı narahat etməməlidir.

“Məsələn, Türkiyə ilə Şuşa Bəyannaməsi imzalamışıq. Bu ölkədə hakimiyyətə kim gəlirsə-gəlsin, bu bəyannamənin şərtlərini yerinə yetirməli olacaq”, – İ.Vəlizadə bildirib.

Politoloq bunun dövlətlərin uzunmüddətli maraqları ilə bağlı olduğunu vurğulayıb.

Bununla belə, İ.Vəlizadə ikinci turda məhz R.T.Ərdoğanın qalib gələcəyini təxmin edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Snayperlərimizin təlimindən – Video

Xəbər 26/05/2023 10:28
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Ordusunun Quru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən peşəkarlıqla icra olunub.

Keçirilən təlim atış çalışmalarının əsas məqsədi düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasıdır.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəmkir və Gədəbəydə qazlaşma işləri yerində yoxlanıldı – Video

Multimedia 25/05/2023 20:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir.

Bu məqsədlə “Azəriqaz” İB-nin Baş direktorun müavini Ceyhun Şıxəliyev ilk olaraq Şəmkir rayonunun Aşağı Seyfəli kəndində olub.

Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Daha sonra ərazidə çalışan bir qrup birlik əməkdaşı “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

Aşağı Seyfəli kəndindən sonra növbəti səfər Gədəbəy rayonunun ucqar ərazidə yerləşən Qoşabulaq kəndinə olub.

Ceyhun Şıxəliyev bu ünvanda da görülən işlərlə yaxından tanış olub, hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə maraqlanıb.

İşlərlə tanışlıqdan sonra Baş direktorun müavini bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb,

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezident Paşinyanın cavabını verdi – Video

Multimedia 25/05/2023 20:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirib.

Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb.

Prezident İlham Əliyev isə Zəngəzur dəhlizi ərazi iddiaları deyil, nəqliyyat kommunikasiyası mənasını daşıyır. 

Paşinyanın Laçın yolunun qanunsuz bağlanması iddiasına cavab olaraq İlham Əliyev bildirib ki, bu yolda dövlət sərhədində keçid məntəqəsi yaradılıb və erməni millətindən olan istənilən ölkə vətəndaşı oradan təhlükəsiz keçə bilər.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı-Quba yolunda yük maşını yanıb – VİDEO

Hadisə 25/05/2023 17:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı-Quba yolunda avtomobil yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 35-ci kilometrliyində – Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinin ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “MAN” markalı yük avtomobilinin kabinə hissəsində və ön təkərlərində baş vermiş yanğının məhsulla dolu yük bölməsinə keçmə riski yüksəkdir.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək yük bölməsinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yük yerindəki 26 ton məhsul yanğından mühafizə olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb – VİDEO

Hadisə 25/05/2023 16:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ayrı-ayrı vətəndaşların torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən sənədlərdə saxtakarlıq hallarının aşkar edilməsi faktlarına dair Daxili İşlər Nazirliyinə (DİN) edilən müraciətlər əsasında xüsusi əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, təqdim edilən saxtakarlıq halları əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxta sənədləri hazırlayan, həmçinin istifadə edən şəxslərin dairəsi müəyyən edilib. Tədbir nəticəsində saxta sənədlərin hazırlanmasına birbaşa rəhbərliyi həyata keçirən Saatlı rayon sakini, paytaxt ərazisində daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərən Qamət Soltanov şübhəli şəxs qismində tutulub.

Oxumağa dəyər:   Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisinə hazırlaşır

Onun ofisinə, idarə etdiyi avtomobilə və paytaxtın Suraxanı rayonunda yaşadığı ünvana baxış zamanı saxta sənədlərin hazırlanmasında istifadə etdiyi müxtəlif dövlət və bələdiyyə orqanlarına aid 31 ədəd saxta möhür, 2 ədəd ştamp, saxta sənəd nümunələrinin saxlanıldığı 6 ədəd yaddaş kartı, notbuk,rəngli printer qurğusu, hazırlanmış saxta sənədlər və digər dəftərxana ləvazimatları aşkar edilərək götürülüb. Qamət Soltanov ifadəsində torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün saxta sənədlərin hazırlanması ilə məşğul olduğunu etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib – VİDEO

Hadisə 25/05/2023 13:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli çoxmənzilli yaşayış binasınn birinci mərtəbəsində yerləşən mənzildə baş verən yanğının genişlənmə riskinin yüksək olduğu, həmçinin ikinci mərtəbədə yerləşən mənzilə qatı tüstü dolması səbəbindən 3 nəfərin mənzili tərk edə bilməməsi və həyati təhlükə ilə üz-üzə qalması müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər operativ qaydada mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olub və biri azyaşlı olmaqla 3 nəfər vətəndaşı xilas ediblər. Eyni zamanda, yanğın genişlənməsinə, eləcə də qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində 2 nəfər bina sakini təxliyə edilib.

Oxumağa dəyər:   İlham Əliyevdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto

Yanğın nəticəsində ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120m² olan dördotaqlı mənzilin mətbəxinin və bir otağının yanar konstruksiyaları 15m² sahədə, sanitar qovşağının lambir materialdan ibarət tavanı 4m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin və otaqların divarları deformasiya edib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən 69 sürücüsü müəyyənləşib – VİDEO

Hadisə 25/05/2023 12:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir. Həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Buna görə müsabiqədə Azərbaycan təmsilçilərinə səs vermirəm” – Video

Multimedia 24/05/2023 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İyunun 18-25-də keçiriləcək “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı günlərində keçiriləcək muğam müsabiqəsi haqda “ATV səhər” verilişində danışılıb.

2009-cu ildən müsabiqənin münsiflər heyətinin sədri olan Xalq artisti Siyavuş Kərimi bildirib ki, indiyədək yarışmada çox maraqlı ifaçılar iştirak edib:

“Azərbaycan ifaçıları həmişə müsabiqənin ən yüksək pillələrini tutublar. Sonra başqa ölkələr bunu səhv anlaya bilər deyə sədr olaraq həmişə buna etiraz etmək istəmişəm. Məsələn, Qazaxıstanda öz iştirakçılarına ən yüksək pilləni deyil, birinci yeri verirlər. Ona görə də müsabiqədə Azərbaycan təmsilçilərinə səs vermirəm. Ətrafımda olan xarici mütəxəssislər isə Azərbaycana səs verir. Deyirlər ki, çünki sizin muğam ifaçılığı məktəbi hamısından güclü məktəbdir”.  

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutacaq festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edəcəklər. Festivalda iştirak üçün beynəlxalq ifaçıların qeydiyyatı isə mayın 20-də başa çatıb. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

Oxumağa dəyər:   Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Hadisə 27/05/2023 13:43

Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub – VİDEO

Read more
Multimedia 27/05/2023 11:05

Bulvarda batan gənc belə xilas edildi – Video

Read more
Multimedia 27/05/2023 10:26

Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar – VİDEO

Read more
Multimedia 26/05/2023 16:55

Narkoloji Dispanserdəki videogörüntülərlə bağlı açıqlama – Video+

Read more
Multimedia 26/05/2023 14:32

Narkoloji Dispanserdə pulla arayış verilir? – Video

Read more
Hadisə 26/05/2023 12:43

Narkoloji Dispanserdə testdən keçmədən 10 manata arayış verilir – VİDEO

Read more
Hadisə 26/05/2023 11:12

AFAD nümayəndələrinin iştirakı ilə FHN-də təlim keçirilib – VİDEO

Read more
Multimedia 26/05/2023 11:10

İlqar Vəlizadə: “Ərdoğanın sayəsində Türkiyədə siyasi sabitlik təmin olunub” – VİDEO

Read more
Xəbər 26/05/2023 10:28

Snayperlərimizin təlimindən – Video

Read more
Multimedia 25/05/2023 20:47

Şəmkir və Gədəbəydə qazlaşma işləri yerində yoxlanıldı – Video

Read more
Multimedia 25/05/2023 20:10

Prezident Paşinyanın cavabını verdi – Video

Read more
Hadisə 25/05/2023 17:32

Bakı-Quba yolunda yük maşını yanıb – VİDEO

Read more
Hadisə 25/05/2023 16:50

Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb – VİDEO

Read more
Hadisə 25/05/2023 13:35

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib – VİDEO

Read more
Hadisə 25/05/2023 12:52

Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən 69 sürücüsü müəyyənləşib – VİDEO

Read more
Multimedia 24/05/2023 16:44

“Buna görə müsabiqədə Azərbaycan təmsilçilərinə səs vermirəm” – Video

Read more
Multimedia 24/05/2023 12:35

Vilyam Hacıyevin 5 milyonluq əmlakı ilə bağlı yekun qərar – VİDEO

Read more
Multimedia 24/05/2023 11:05

MN: “Azad edilmiş ərazilərdə may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib” – VİDEO

Read more
Multimedia 23/05/2023 17:36

Sudan qanunsuz istifadə halları aşkarlandı – Video

Read more
Hadisə 23/05/2023 15:11

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sabirabadda əməliyyat keçirib – VİDEO

Read more
Multimedia 23/05/2023 14:52

Naxçıvanda su basan ərazilərdə tədbirlər görülür – Video

Read more
Multimedia 23/05/2023 13:44

“Bundan əvvəl də 3 dəfə intihara cəhd edib” – Həyat yoldaşı – VİDEO

Read more
Multimedia 23/05/2023 12:41

Azərbaycanda Türkiyə modeli üzrə komandolar hazırlanır – VİDEO

Read more
Multimedia 23/05/2023 09:11

Əfsanəni qaçıran şəxs 3 uşaq atası imiş… – Video

Read more
Multimedia 22/05/2023 21:14

Bulvarda qadın azyaşlı uşaqla özünü dənizə atdı – Video

Read more
Multimedia 22/05/2023 20:50

Naxçıvanı su basdı – Video

Read more
Multimedia 20/05/2023 20:11

ABŞ Prezidentindən jurnalistlərə kobud cavab – VİDEO

Read more
Multimedia 20/05/2023 18:20

Təhsil festivalından rəngarəng görüntülər – Video

Read more
Multimedia 19/05/2023 17:54

Fransa Maliyə qarşı müstəmləkəçilik siyasətini davam etdirir – VİDEO

Read more
Multimedia 19/05/2023 17:49

CBC telekanalı Fransanın Əlcəzairdəki nüvə sınaqlarından bəhs edən sənədli film hazırlayıb – VİDEO

Read more
Multimedia 19/05/2023 15:59

Emin Əmrullayev İrakli Qaribaşvili ilə görüşdü – Video

Read more
Multimedia 19/05/2023 13:07

Azərbaycan Ordusunda silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatıb – VİDEO

Read more
Multimedia 19/05/2023 10:32

“Əvvəl bazardan 4-5 zənbillə gedirdik, indi birini güclə doldururuq” – VİDEO

Read more
Multimedia 18/05/2023 18:35

Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu – EKSKLÜZİV – VİDEO

Read more
Multimedia 18/05/2023 10:35

Xəstə övladı üçün yığdığı 10 mini onlayn oyunda uduzdu – Video

Read more
Multimedia 17/05/2023 22:01

Prezident və xanımının iştirak etdiyi sərgidən – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla