Qırğızıstan Xəzər dənizi vasitəsilə Azərbaycana Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”nin tədarükü üçün “yaşıl enerji” dəhlizinin yaradılması təşəbbüsünü alqışlayır və öz enerjisinin ixracı üçün layihədə iştirak etməkdə maraqlıdır.

Bu barədə eksklüziv müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

“Biz maraqlıyıq, çünki Mərkəzi Asiya – Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandır. Vahid halqada, enerji halqasında işləyirik. Əgər qonşu dövlət Azərbaycanla əlaqəli olacaqsa, bu bizim elektrik enerjimizin satışı üçün də böyük bazardır”, – T.İbrayev bildirib.

İstinadlar Report