Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev 3-cü Antalya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev arasında görüş keçirilib.

Bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Bişkəkin TDT çərçivəsində qarşılıqlı fəaliyyətinin ümumi məsələləri, TDT Katibliyinin cari fəaliyyəti, eləcə də Təşkilatın qarşıdakı planları müzakirə olunub.

Eyni zamanda, tərəflər bu il Qırğız Respublikasında planlaşdırılan tədbirlərə, o cümlədən TDT Dövlət Başçılarının növbəti 11-ci Zirvəsinin keçirilməsinə, eləcə də Bişkəkin əvvəlki sammitdə səslənmiş təşəbbüslərinin həyata keçirilməsinə diqqət yetiriblər.

İstinadlar Report