Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq.
“Report”un Bişkekdəki müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev məlumat verib.
Onun sözlərinə görə, görüşün yekunlarına əsasən, TDT iştirakçısı olan ölkələrin əlaqələrinin vəziyyəti və gələcək əməkdaşlığını göstərən bəyannamə qəbul ediləcək.