Qırğız Respublikasının keçmiş Prezidenti Almazbek Atambayevin ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib.

Bu barədə TASS məlumat yayıb.

Paytaxtın Pervomaysk Rayon Məhkəməsi 2020-ci ilin payızında şəhərdə kütləvi iğtişaşlarla bağlı cinayət işi üzrə A.Atambayevə bəraət qazandırıb. Məhkəmə zamanı dövlət ittihamçısı keçmiş Prezidentin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, A.Atambayev hazırda həbsdədir. O, əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib.

İstinadlar Report