Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb.

Bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib.

“Paytaxtda baş verən son hadisələrlə əlaqədar Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşları, xüsusən də gəncləri icazəsiz aksiyalarda iştirakdan çəkinməyə və qanunsuz hərəkətlərin törətdiyi fəsadları unutmamağa çağırır”, – məlumatda deyilir.

Nazirlik xatırladıb ki, bu cür hərəkətlər müəssisə və təşkilatların normal fəaliyyətini pozur, vətəndaşların həyat və sağlamlığına real təhlükə yaradır, habelə paytaxt sakinlərinin sərbəst hərəkət etmək hüquqlarını pozur.

İstinadlar Report