Qırğızıstan Prezidenti Sadır Japarovun azərbaycanlı həmkarı İlham Əliyevə şəxsi hədiyyəsi olan 101 baş yak və onların 15 balası ölkəmizə gətirilərək işğaldan azad edilmiş Kəlbəcər rayonunda təbiətə buraxılıb.

Məlumata görə, heyvanlar Qırğızıstanın Narın rayonundan xüsusi nəqliyyat vasitələri ilə Bişkekə gətirilib, oradan təyyarə ilə Gəncə şəhərinə yola salınıb. Seçilmiş heyvanlardan 82-si dişi, 19-u erkək olub. Beş günlük karantin rejimi dövründə seçilmiş dişi yaklardan 15-i balalayıb. Doğulan buzovlardan 6-sı erkək, 9-u isə dişidir. Doğulan balalar da digər heyvanlarla birlikdə Azərbaycana göndərilib.

İstinadlar Report