
Qırğızıstanın Nazirlər Kabineti və Qırğızıstan-Çin İnvestisiya Holdinqi arasında “Avrasiya ticarət və logistika kompleksi” layihəsinin həyata keçirilməsinə dair investisiya sazişi imzalanıb.
Sənədin imzalanması Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov ilə Çin Ticarət Palatasının iqtisadiyyatın özəl sektorunda beynəlxalq əməkdaşlıq üzrə nümayəndə heyəti arasında keçirilən görüş çərçivəsində baş tutub.