
Qırğızıstan parlamentinin iclasında deputat Bakıtbek Maripov paytaxtı başqa yerə köçürməyi və Nazirlər Kabinetini orada yerləşdirməyi təklif edib.
“Report” “24.Deputat bu yolla tüstü və tıxac probleminin həll ediləcəyi qənaətindədir.
“İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır”, – deputat bildirib.