
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova istefa verib.
O, bu barədə MSK-nın iclasında bildirib.
Qeyd olunub ki, MSK sədri öz istəyi ilə səlahiyyət müddətinin vaxtından əvvəl başa çatdırılması barədə ərizəsinə baxılmasını xahiş edib. Komissiyanın üzvləri onun qərarını dəstəkləyiblər.