Qırğızıstanda daha 42 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkəsində qeydə alınan koronavirusa yoluxma hallarının sayı 270-ə çatıb. Onlardan 30-u həkimdir.

Bundan başqa, indiyədək 4 nəfər infeksiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 431 000-i ötüb. Bunların 302 209 nəfəri sağalıb, 82 096 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İstinadlar Report