
Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubaev fevralın 11-12-də ikitərəfli münasibətlər tarixində ilk dəfə Omana rəsmi səfər edəcək.
Bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.
“Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubaev Oman xarici işlər naziri Səid Əlbusaidinin dəvəti ilə 2025-ci il fevralın 11-12-də Oman Sultanlığına ikitərəfli münasibətlər tarixində ilk rəsmi səfər edəcək”, – məlumatda qeyd olunub.
Səfər çərçivəsində iki ölkənin XİN başçıları arasında görüş baş tutacaq. Görüşdə siyasi qarşılıqlı fəaliyyət, ticari-iqtisadi və investisiya əlaqələrinin inkişafı daxil olmaqla iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Qırğızıstan və Omanın əməkdaşlığı müzakirə olunacaq.