Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib, Qırğızıstan vətəndaşı havaya üç xəbərdarlıq atəşi açıb.

Bildirilib ki, Tacikistan vətəndaşları Somonien (Tacikistan- Red) kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə onlar arasında dava düşüb.

“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir”, – nazirlikdən bildirilib.

İstinadlar Report