Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib.
Bu barədə cümə axşamı Qırğızıstanın Batken vilayətinin vilayət administrasiyasının mətbuat xidmətindən “İnterfaks”a bildirilib.
“Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir.