Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səfər çərçivəsində S.Japarov sentyabrın 29-da İznik şəhərində start götürən IV Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Oyunlarda 102 ölkədən 3000-dən çox idmançı qüvvəsini sınayacaq.

İstinadlar Report