Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 7-8-də Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.
Bu barədə dövlət başçısının administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev jurnalistlərə açıqlayıb.
“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov 7-8 oktyabrda MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək”, – o bildirib.
Onun sözlərinə görə, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.