Qırğız Respublikasının Prezidenti Sadır Japarov məktəblərdə valideynlərdən pul yığılması və bunun üçün ictimai fondun yaradılmasını yasaqlayan fərman imzalayıb.

Müvafiq sənəd Qırğızıstan Prezidentinin mətbuat xidmətinin saytında yerləşdirilib.

“Pedaqoji işçilər və inzibati heyətə maliyyə məsələlərinə baxılarkən şagirdlərin valideynlərindən pul yığmaq, qəyyumlar şuralarının və valideyn komitələrinin işində iştirak etmək qadağandır”, – fərmanda qeyd olunub.