Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi ölkə seçilməsi münasibətilə təbrik edib.

Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

“Bu, həqiqətən də mühüm hadisədir və biz çox şadıq ki, qardaş ölkə belə böyük tədbirə ev sahibliyi edir”, – o bildirib.