Qırğızıstan parlamentinin binasında yanğın baş verib.

Bu barədə parlamentin işçiləri məlumat veriblər.

Bildirilib ki, binadan işçilərin təxliyəsi başlayıb.

İlkin məlumata görə, yanğın zirzəmidə baş verib.

Fövqəladə Hallar Nazirliyindən vurğulanıb ki, parlament binası strateji obyekt hesab olunduğu üçün hadisə yerində 6 yanğınsöndürmə briqadası işləyir.

İstinadlar Report