Qırğızıstan parlamenti – Joqorku Keneşə seçkilər başa çatıb.

Yerli vaxtla saat 20:00-da 2 435 seçki məntəqəsinin hamısı bağlanıb.

Saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır. Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.

MSK-nın məlumatına görə, dörd müxalif siyasi partiya beş faizlik baryeri keçərək parlamentdə təmsil olunacaq.

İstinadlar Report