Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) Tacikistanla sərhəddə silahlı münaqişə faktı üzrə 11 cinayət işi açıb.

Bu barədə daxili işlər nazirinin müavini Erkebek Aşirxocayev bildirib.

Onun sözlərinə görə, işlər, o cümlədən Respublika Cinayət Məcəlləsinin “Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər”, “Qətl”, “Sərhədi qanunsuz keçmə” və “Kütləvi iğtişaşlar” maddələri ilə açılıb. Onların hamısı üzrə məhkəməyədək araşdırma artıq başlanıb.

İstinadlar Qafqazinfo