Qırğız Respublikası – Tacikistan sərhədində atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qırğız Respublikası Baş nazirinin müavini Jeniş Razakov Ak-say kəndinə, hadisə yerinə gedib.

O, Qırğız-Tacikistan sərhədində güc strukturlarının nümayəndələri ilə görüşüb.

Bildirilib ki, Tacikistan tərəfdən açılan atəş nəticəsində bir milisoner (polis əməkdaşı) yaralanıb. O, qospitala yerləşdirilib.

Qırğız tərəfdən silahlıların Tacikistanın Toçikon kəndinin Vorux camaatına açılan atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Vurğulanıb ki, münaqişə Tacikistan-Qırğız sərhədinin İsfarin-Batken sahəsində baş verib. İki dövlət arasındakı sərhəddə delimitasiya və demarkasiya aparılmadığından bəzi ərazilər mübahisəli qalıb. Münaqişələr də həmin sahələrdə baş verir.

İstinadlar Report