“Cənubi Qafqazda postmünaqişə dövründə çox şey dəyişib, Ermənistan indi Azərbaycanla əlaqələr qurmağın zəruri olduğunu dərk etməyə başlayıb”.

Bunu Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanəliyev jurnalistlərə bildirib.

“Dünya birliyi Azərbaycanın Qarabağa dair mövqeyini dəstəkləyir. Sülhpərvər siyasət yeridən Azərbaycan dialoqa hazırdır. Bununla bağlı Qırğız Respublikası Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iştirak edəcəyi 3+5 formatını təklif edir”, – səfir deyib.

İstinadlar Report